Ön söz əvəzi

Azərbaycan və Xəzər, Azərbaycan və Kaspi ... bu adlar azərbaycanlılar ücün bir-birindən ayrılmazdır.
Bizim həyatımız bu dənizin sahilləri və sərvətləri ilə bağlıdır. Xəzər dənizi bizim əfsanələrdə, xalq ədəbiyyatında, mahnılarda , qədim xalqların tarixində, indiki insanların tərcüməyi halında yaşayır. Xəzər dənizi özünün böyüklüyünə, iki qitənin ayrıcında yerləşməsinə, canlı aləminə, dənizaltı təbii enerji sərvətlərinə, sahil boyu sahələrinin flora və faunasına, ətrafında məskünlaşan xalqların tarixi və mədəniyyətinə görə unikal, qapalı, su hövzəsidir. Qədim dövrlərdən 20-ci əsrin sonuna qədər Xəzər hövzəsinin yaranması müxtəlif tarixi, coğrafi, geoloji, bioloji elmi-publisistik əsərlərdə əks etdirilmişdir . Bizdə by zəngin elmi irsdən istifadə edib Xəzər hövzəsinin keçmişinə və bu gününə səyahət edirik.